REGİONLAR


Gülüstana çevrilən Zəngilanın Ağalı kəndindən FOTOREPORTAJ

Zəngilan, 20 iyun, A.Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunan torpaqlarımızda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli bərpa-quruculuq işləri görülür. Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsindən sonra yenidən qurulan ilk yaşayış məntəqəsi Zəngilanın Ağalı kəndi oldu.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də açılış mərasimi keçirilən yaşayış məntəqəsi “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə inşa olunub.

Yaşayış məntəqəsində “ağıllı kənd” üçün “ağıllı həllər” nəzərdə tutulub. Məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir.

Müasir texnologiyalar əsasında yenidən qurulan Ağalı kəndi indi gülüstana çevrilib. Kənd öz sakinlərinin yolunu gözləyir.

AZƏRTAC Azərbaycanın ilk “ağıllı” kəndindən - Ağalıdan fotoreportajı təqdim edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.