CƏMİYYƏT


Gün ərzində 3-4 dəfə göz gimnastikası etmək faydalıdır

Bakı, 15 avqust, AZƏRTAC

Yaxşı görmək hər kəsin arzusudur. Gözlər üçün gimnastika adlanan bəzi məşq hərəkətləri var ki, onların köməyi ilə gözlərin yorğunluğunun aradan qaldırılmasına nail olmaq olar. Bu məşqləri nəinki evdə, hətta iş yerində də etmək mümkündür.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, göz gimnastikası göz və ətrafının müəyyən hərəkətləri təkrar etməsi prosesidir. Bu məşqləri edərkən gözün ətrafındakı əzələlər, göz qapaqları hərəkət edir. Hər gözdə 6 ədəd əzələ var. Gimnastika zamanı cəmi 12 əzələdən istifadə olunur. Məşqlər gözdəki toxumaların qanla qidalanmasını təmin edir. Bu səbəbdən əzələlər möhkəmlənir və daha sağlam olur.

Günün müxtəlif saatlarında bu gimnastikanı etmək olar. Xüsusilə səhər qalxdıqda göz hərəkətləri etmək daha məqsədəuyğundur.

Gözü soldan sağa, yuxarı-aşağı hərəkət etdirmək, ya da çevrə yaradacaq şəkildə qaytarmaq göz gimnastikası hərəkətləridir. Bu hərəkətlər, eyni zamanda, gözdəki toxumaların yaxşı qidalanmasını təmin edir. Göz gimnastikası yaxını görmə problemlərində və ümumiyyətlə görmə keyfiyyətinin artmasında köməkçi olur.

Gün ərzində 3-4 dəfə bu hərəkətləri etmək göz üçün faydalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.