CƏMİYYƏT


Gün ərzində Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub

Bakı, 21 aprel, AZƏRTAC

Gün ərzində Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9459, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 5221 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 366 min 890-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 908 min 672, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 458 min 218 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.