CƏMİYYƏT
Gün eynəkləri bipolyar pozulmadan əziyyət çəkən adamlara kömək edəcək
Bakı, 30 iyul, AZƏRTAC
Norveçin Bergen Universitetinin alimləri bildirirlər ki, gecə saatlarında xüsusi gün eynəkləri taxmaq depressiyadan və bipolyar pozulmadan əziyyət çəkən adamlara kömək edə bilər. Ekspertlərin fikrincə, rəngli eynəklər maniya əlamətlərini cəmi üç gündə yüngülləşdirir. Tədqiqatçılar ümid edirlər ki, belə eynəklər psixi sağlamlıq problemlərindən əziyyət çəkən pasiyentlərin yeni müdafiə vasitəsi olacaq.
Eynəklər orqanizmin hər gün bioloji saatları “sıfır etmək” üçün faydalandığı göy işığı blokada etməkdən ötrü nəzərdə tutulub. Bundan əlavə, gün işığının əsas komponenti olan göy işıq kompyuter və mobil telefonların yaydığı işığın böyük hissəsini təşkil edir.
Ekspertlər hesab edirlər ki, göy işığın həddindən çox olması yuxunun keyfiyyətini azaldır. Onların fikrincə, elektronikanın gecə saatlarında ətrafa yaydığı göy işığın təsirini məhdudlaşdırmaq üçün gün eynəklərindən istifadə oluna bilər.
AZƏRTAC “heathvesti.com” saytına istinadla xəbər verir ki, tədqiqatçılar bipolyar pozulma diaqnozu ilə xəstəxanaya yerləşdirilən 32 xəstəni sınaqdan keçiriblər. Onlar şüşələri kəhrəba çalarlı gün eynəklərini axşam saat 6-dan və səhər yuxudan ayılana qədər taxıblar.
Məlum olub ki, belə eynəkləri taxan adamlarda xəstəliyin əlamətləri xeyli zəifləyib. Özü də bu effekt cəmin üç gün ərzində əldə olunub. Dəyişikliklərin miqyası və xəstələrin vəziyyətinin sürətlə yaxşılaşması həkimləri heyrətləndirib.