MƏDƏNİYYƏT


Günay Əfəndiyeva: Bu tarixi zəfər tək Azərbaycana deyil, bütün türk dünyasına şərəf gətirdi

Bakı, 13 noyabr, AZƏRTAC

Bu gün mən həmkarım, TURKPA-nın Baş katibi Altınbek Mamayusupov ilə birgə Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət etdim. Bununla biz öz həmrəyliyimizi, Azərbaycanın hər zaman yanında olduğumuzu göstərmək istədik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva jurnalistlərə verdiyi açıqlamasında deyib.

“Mən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından bütün Azərbaycan xalqını, başda Prezident İlham Əliyev olmaqla, bu gözəl qələbə ilə, tarixi torpaqlarımızın işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Düşünürəm ki, bu tarixi zəfər tək Azərbaycana deyil, bütün türk dünyasına şərəf gətirdi.

İlk növbədə, biz Fəxri xiyabanda Azərbaycana və bütövlükdə türk dünyasına xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik, onu hörmət və ehtiramla yad etdik. Biz şəhidlərimizə Allahdan rəhmət diləyirik, çünki onlar bizim qəhrəmanlarımızdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu hadisələr başlayandan dəfələrlə bir sıra bəyanatlar vermiş və həm Ermənistan tərəfindən atəşkəsin kobud şəkildə pozulmasını, həm də dinc əhaliyə qarşı terror aktlarının törədilməsini çox ciddi şəkildə qınamış, eyni zamanda, işğala məruz qalan torpaqlarda mədəni irsimizin, tarixi abidələrimizin vəziyyəti ilə bağlı narahatçılığını bildirmişdir. Bu istiqamətdə fond tərəfindən araşdırmalar aparılıb, kitablar nəşr olunub. Düşünürəm ki, yaxın gələcəkdə onlar geniş auditoriyaya təqdim olunacaq. Bundan başqa, Qazaxıstandan, Türkiyədən ölkəmizə təşrif buyuracaq heyətlə də görüşümüz olacaq və bu istiqamətdə də tərəfimizdən işlər aparılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.