MƏDƏNİYYƏT


Günay Əfəndiyeva: Heç bir hüquqi və elmi əsası olmayan bu siyasi açıqlama qeyri-obyektivdir və ikili standartların ifadəsidir

Bakı, 25 aprel, AZƏRTAC

ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də həqiqətləri əks etdirməyən açıqlamanın verilməsi təəccüb doğurur və qərəzli mövqe sərgiləyir . Heç bir hüquqi və elmi əsası olmayan bu siyasi açıqlama qeyri-obyektivdir və ikili standartların ifadəsidir. 100 il bundan əvvəl baş vermiş hadisələrin araşdırılmadan qiymətləndirilməsi düzgün deyil. Halbuki, Türkiyənin bu məsələ ilə bağlı Ortaq Tarixi Komissiyanın yaradılmasına dair davamlı təklifləri dəfələrlə rədd edilmişdir. Belə bir konstruktiv təklifə qarşı çıxmaq gərçək olan faktlardan qaçmağın göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Türkiyə tarixən daima tolerantlıq nümayiş etdirmişdir. Buna görə də arxivlərin açılması və təhlili mühüm əhəmiyyət kəsb edir. 1915-ci il hadisələrinə verilən qiymət məhz bu sənədlərlə əsaslandırılmalıdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sözügedən açıqlamanı ədalətsiz və bölgədə olan əmin-amanlıq çağırışlarına zidd olan siyasi səhv hesab edir.

Tarix sirr saxlamır. Şübhəsiz ki, vaxt gələcək, arxivlər açılacaq və o zaman tarixi saxtalaşdıran hökmlər millətindən asılı olmayaraq gələcək nəsillərdə dərin təəssüf hissi doğuracaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.