MƏDƏNİYYƏT


Günay Əfəndiyeva: Reza Deqatinin fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyur

Bakı, 27 iyul, AZƏRTAC

Reza Deqati öz sahəsində sözünü deyən peşəkar fotojurnalistdir. Dünyanın ən qaynar nöqtələrindən fotolar çəkərək həqiqətləri dünya ictimaiyyətinə çatdırırdı. O, Qarabağ hadisələrində Azərbaycan gerçəklərini dünyaya cəsurluqla nümayiş etdirdi, Vətən borcunu vicdanla yerinə yetirdi. Onun fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dünyaşöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbirdə deyib.

Günay Əfəndiyeva Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərləri tərəfindən türk dünyasının salnaməsinə yeni tarix yazıldığını və torpaqların geri qaytarılmasıyla qürurlu günlər yaşandığını vurğulayıb. G.Əfəndiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdə keçirilmiş bir çox tədbirlərdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyasının layihələrində Reza Deqatinin yaxından iştirak etdiyini bildirib: “Reza Deqati Azərbaycan həqiqətləri ilə yanaşı, eyni zamanda, Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini beynəlxalq müstəvidə nümayiş etdirirdi”.

G.Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlər çərçivəsində xarici dövlətlərin Azərbaycandakı təmsilçiləri ilə bərabər Reza Deqatinin daimi iştirakını xüsusi vurğulayaraq, onu əsl dünya insanı kimi qiymətləndirib.

Sonra Günay Əfəndiyeva Xalq rəssamı Arif Hüseynovun “Xarıbülbül” adlı rəsm əsərini, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və irsi Fondu adından rəsmi təbrik məktubunu dünyaşöhrətli fotoqrafa hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.