İDMAN


Günay Məmmədzadə ölkə çempionatında növbəti qələbəsini qazanıb

Bakı, 11 fevral, AZƏRTAC 

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında səkkizinci tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, 18 şahmatçının mübarizə apardığı çempionatda 7 turun nəticələrinə görə Günay Məmmədzadə turnir cədvəlində liderliyini davam etdirir. Ötən turda Gülnar Məmmədovanı məğlub edən G.Məmmədzadə xallarının sayını 6,5-ə çatdırıb. O, növbəti partiyanı aktivində 4 xal olan Nərmin Söyünlüyə qarşı keçirəcək.

Ölkə çempionatında G.Məmmədzadədən sonra ən yüksək nəticəni Xanım Balacayeva göstərib - 5,5 xal. Üçüncü pillədə isə 5 xalla Gövhər Beydullayeva qərarlaşıb.

Ölkə çempionatına fevralın 12-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.