CƏMİYYƏT
Günay Səlimzadə: Doqquz yaşlı qızını döyərək işgəncə verən şəxslə bağlı araşdırma aparılır
Bakı, 8 iyun, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəni döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya vatsap vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
G.Səlimzadə qeyd edib ki, araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.