ELM VƏ TƏHSİL


Günay Ziyadova: Məqsədimiz sərgi iştirakçılarını ADA Universitetinin mübadilə proqramları barədə məlumatlandırmaqdır

Bakı, 12 oktyabr, AZƏRTAC 

Bakıda keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində (“Education 2018”) ADA Universitetinin təmsil olunmağının əsas məqsədi şagird və tələbələrlə görüşmək, onları bu ali məktəbin beynəlxalq əlaqələri barədə məlumatlandırmaqdır. İstəyirik ki, sərgi iştirakçıları ADA Universiteti və dünyanın müxtəlif nüfuzlu ali məktəbləri arasındakı mövcud mübadilə proqramları ilə yaxından tanış olsunlar.

Bunu AZƏRTAC-a müsahibəsində XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunan ADA Universitetinin tələbə qəbulu və qeydiyyat şöbəsinin müdiri Günay Ziyadova deyib. Qeyd edib ki, 2006-cı ildən fəaliyyət göstərən ADA Universitetində tədris ingilis dilində aparılır. Universitetdə magistr pilləsi üzrə xarici ali təhsil ocaqları ilə ikili diplom proqramları da mövcuddur. Sərgiyə gələnlərə bu proqramlar barədə də ətraflı məlumat verilir. “Biz, həmçinin iştirakçılara ADA Universitetində birgünlük tələbə həyatını yaşamaq imkanı yaradırıq. Belə ki, şagirdlər və ali məktəblərin sonuncu kurs tələbələri universitetimizdə dərslərdə iştirak edə bilərlər. Stendimizdə ADA Universiteti tərəfindən nəşr edilən kitablar nümayiş olunur. Məlumat üçün bildirim ki, bu ali məktəbə yüksək balla qəbul olunan tələbələrə təhsil haqlarının ödənişində ciddi güzəştlər edilir”, - deyə Günay Ziyadova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.