CƏMİYYƏT


Gündəlik multivitamin qəbulu depressiyanın qarşısını almır

Bakı, 8 mart, AZƏRTAC

Elm adamlarının İngiltərə, Hollandiya, Almaniya və İspaniyada apardıqları araşdırmaların nəticələrinə görə, bir il boyunca hər gün multivitamin qəbul edənlərin depressiyaya düşmə ehtimalı həmin dərmanlardan istifadə etməyənlərlə eynidir.

AZƏRTACwww.livescience.com” saytına istinadla xəbər verir ki, tədqiqat aparılması üçün mindən çox insan müxtəlif kateqoriyalar üzrə dörd qrupa ayrılıb.

Tədqiqat iştirakçılarının hamısının artıqçəkili olduğu və ya piylənmədən əziyyət çəkdiyi, depressiyaya düşmə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.

Bir il ərzində iştirakçılardan 105-nin depressiyaya düşdüyü, bu rəqəmin dörd qrupda da təxminən eyni olduğu, onların yemək vərdişlərinin dəyişdirilməsi üçün davranış terapiyasının işə yaramadığı qeydə alınıb.

Alimlər iştirakçıların qəbul etdikləri multivitaminlərin tərkibində fol turşusu, D vitamini, omeqa-3, sink və seleniumun olduğunu deyiblər.

Tədqiqatın nəticələri “JAMA” dərgisində yayımlanıb.

Qeyd edək ki, daha əvvəl aparılan bir araşdırmanın nəticəsində orqanizmdə bəzi qidalandırıcı maddələrin çatışmaması depressiya ehtimalını yüksəltdiyi qənaətinə gəlinmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.