CƏMİYYƏT


“Gundemxeber.az” internet saytının baş redaktoruna xəbərdarlıq edilib

Bakı, 8 may, AZƏRTAC

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Gundemxeber.az” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla aidiyyəti dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar saytın baş redaktoru Şirin Cəfəri Baş Prokurorluğa dəvət edilib.

“Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməzliyi onun diqqətinə çatdırılıb. Gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə Ş.Cəfəriyə rəsmi xəbərdarlıq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.