Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gündən-günə gözəlləşən, abadlaşan Astara

Astara, 11 yanvar, Bağır Əliyev, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin uğurlu inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqincə davam etdirilməsi nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir. Azərbaycanın bütün regionlarında sürətlə aparılan tikinti-quruculuq və abadlıq işləri ilə şəhər, qəsəbə və kəndlərimiz gözəlləşir, insanların firavan yaşayışı üçün ideal şərait yaradılır.

Astara rayonunda da son illər sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülüb, yüzlərlə yeni iş yerləri açılıb.

Azərbaycanın dilbər guşələrindən olan Astara rayonu təbiətin bəxş etdiyi nadir gözəllikləri ilə yanaşı, insan əməyi ilə yaranan gözəllikləri ilə də fəxr edir. Şəhərin mərkəzində ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Olimpiya İdman Kompleksi, Astara Boks Mərkəzi, 40-dan çox yeni tikilmiş, yaxud əsaslı təmir olunaraq istifadəyə verilmiş məktəblər, yenidən qurulan Astara Rayon Mərkəzi Xəstəxanası, yeni tikilmiş inzibati idarə və yüksək səviyyədə təmir edilmiş ictimai yaşayış binaları, 10 kilometrlərlə şəhərdaxili və kəndarası yollar, şəhərə çəkilən içməli su şəbəkəsi, rayon ərazisindən keçən çaylarda aparılan sahilbərkitmə işləri, Astara şəhərinin prospekt və küçələrinin yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilməsi, çoxmərtəbəli ictimai yaşayış binaların dam örtüklərinin dəyişdirilməsi, fasad və bloklarının təmir edilməsi son illər görülən işlərin bir qismidir.

Azərbaycanın cənubdan giriş qapısı olan Astara rayonunda əsaslı şəkildə yenidənqurma işləri sürətlə davam edir. Təkcə ötən il Səncərədi kəndində yeni uşaq bağçası, Kijəbə qəsəbəsində uzunluğu 2 kilometr olan, 150 ev təsərrüfatını suvarma suyu ilə təmin edən su xətti çəkilib, Ərçivan qəsəbəsində çəltik emalı zavodu və çəltik dəyirmanı, Motalayataq kəndində tibb məntəqəsi, 360 şagird yerlik Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Şəmətük, Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəb binaları, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilib, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yoluna asfalt döşənib.

Torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlanılıb, “Zirvə” beynəlxalq idman klubu tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün basketbol meydançası və idman zalının, Siyaku kəndində bal emalı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir.

Xəzər dənizi sahilində salınan park-bulvar kompleksi və rayonun ən ucqar dağ kəndlərinə çəkilən avtomobil yolları isə bir ayrı mənzərədir.

Son illər rayon ərazisində, ümumilikdə, 150 kilometrdən çox avtomobil yolu asfaltlaşdırılıb. Rayonun ən ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 kilometr aralıda yerləşən, 30 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi Astaranın tarixində unudulmaz hadisələrdəndir.

Yüksək səviyyədə tikilərək asfaltlaşdırılan avtomobil yolları rayonun bütün yaşayış məntəqələrini birləşdirir. Şəraitsizliyə görə ucqar kəndləri tərk edən gənclər doğma kəndlərinə qayıdır, yeni müasir tipli evlər, ticarət obyektləri, istirahət guşələri tikilir, səfalı dağlar qoynuna gələn turistlərin sayı günbəgün artır.

Heç vaxt elektrik xətti olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət, Sekəşan kəndlərinə Azərbaycan Prezidentinin Sərəncamı ilə elektrik xətti çəkilib.

Hazırda sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən Dolu və Diqo kəndlərinə avtomobil yolunun çəkilişi üçün ən müasir texnikalarla yol çəkilişinə başlanılıb. Bu avtomobil yolları təkcə Dolu və Diqo kəndlərini deyil, həmin istiqamətdə yerləşən və heç vaxt yolu olmayan daha bir neçə dağ kəndini birləşdirəcək, burada yaşayan insanların əzablarına son qoyulacaq. İllərdir həsrətində olduqları ən böyük arzularına çatan yerli sakinlər - kiçikdən böyüyə hər kəs bu rahatlığa, firavanlığa, yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına sonsuz məhəbbətlərini, dərin minnətdarlıqlarını bildirirlər.

Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də Xəzər dənizi sahilində hektarlarla bataqlığa çevrilmiş kol və qamışların örtdüyü ərazinin qurudularaq abadlaşdırılması, ən müasir memarlıq üslubunda dənizkənarı park-bulvar kompleksinin salınmasıdır. Burada İran sərhədinə yaxın ərazidə Azərbaycan bayrağının dalğalandığı Bayraq meydanı, möhtəşəm qala divarı, şəlalə, fontan, fitnes və uşaq əyləncə meydançası tikilib. Atçılıq mərkəzi, avtokartinq meydançası, velosiped zolağı, kafe çay evi, karusellər fəaliyyət göstərir, insanlar mənalı istirahət edir, asudə vaxtlarını səmərəli keçirirlər.

Park-bulvarın şöhrəti nəinki respublikamızda, onun hüdudlarından kənara da yayılıb. Qonşu ölkələrlə yanaşı, hətta Avropa ölkələrindən hər il yaz-yay mövsümündə minlərlə turist və rayona gələn qonaqlar dənizkənarı park-bulvarda fəaliyyət göstərən kotteclərdə, hotellərdə və digər xidmət obyektlərində istirahət edirlər.

Hazırda park-bulvarın ətrafında müasir turizm infrastrukturları-mehmanxana və hotellər tikmək, idman-əyləncə obyektləri yaratmaq, çoxmərtəbəli ictimai yaşayış binaları, iaşə obyektləri inşa etməklə yeni iş yerlərinin açılması üçün tədbirlər planlaşdırılır.

Park-bulvarın salınması, tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan gözəl və saf təbiətə malik ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsi ilə rayona gələn turistlərin sayı ildən-ilə artır.

Böyük turizm potensialı olan, mülayim subtropik iqlimə malik Astarada Xəzər dənizi sahilində çimərliklər, Sım, Ağkörpü, Asxanakəran, Toradi kəndlərində, İstisuda termal sular, nadir təbii landşaft və təbiət abidələri var. Rayon üzrə müəyyən edilmiş turizm marşrutları əsasən daşınmaz tarix və mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı, eyni zamanda, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu, inkişaf etdiyi yaşayış məntəqələrindən keçir. Bu yaşayış məntəqələrinin yol infrastrukturunun yaxşılaşdırılması nəticəsində kənd-yaşıl turizmi və mədəni turizmin inkişafına geniş imkanlar açılıb.

Beynəlxalq əhəmiyyətli Ələt-Astara avtomobil yolunun tikintisi respublikada, o cümlədən regionlarda turizmin, kənd təsərrüfatının və iqtisadiyyatın bütün sahələrinin inkişafına sanballı töhfəsini verməkdədir.

Hazırda icrasına başlanmış ən böyük layihə Bakı-Astara dəmir yolu xəttinin Xəzər dənizi sahilindən Ələt-Astara magistral yoluna paralel köçürülməsidir. Layihənin icrası nəticəsində dəniz sahili genişlənəcək və dənizlə sərhəd aradan qaldırılaraq ərazidə infrastruktur layihələr həyata keçiriləcək.

Astara şəhərinin su təchizatının yaxşılaşdırılmasından ötrü Xanbulançay su anbarından çəkilən içməli su xətti layihəsi də son illərin həllini tapmış mühüm sosial məsələlərdən biridir. Şəhərdən sonra xətt boyunca yerləşən bütün yaşayış məntəqələrinə su xəttinin çəkilməsi nəzərdə tutulub. Bundan, ümumilikdə, 100 mindən çox sakin faydalanacaq. Hazırda rayonun 27 kəndinə magistral kəmərdən çıxışlar verilib, digər kəndlərə su xəttinin çəkilişi davam etdirilir.

Rayonda tikinti-quruculuq işlərinin geniş vüsət alması üçün sahibkarlar və iş adamlarına hər cür imkan yaradılıb. Şəhərin mərkəzində tikilib istifadəyə verilən 9 mərtəbəli ictimai yaşayış binası, park-bulvar kompleksinə yaxın ərazidə tikilən kotteclər, hazırda burada inşa edilən dördulduzlu hotel, ayrı-ayrı ərazilərdə salınan turizm istirahət yerləri, onlarla müasir tipli ticarət evləri və digər tikililər bunun bariz nümunəsidir.

Rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, aqrar sahənin inkişafına da diqqət artırılıb. Azərbaycan Prezidentinin kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarına uyğun olaraq sahibkarlar, fermerlər və iş adamları ilə görüşlər keçirilməsi, onların maneəsiz fəaliyyət göstərmələri üçün imkanların yaradılması, mövcud problemlərin operativ həlli üçün konkret və əməli tədbirlər görülməsi illərdən bəri istifadəsiz qalan torpaq sahələrinin böyük hissəsinin dövriyyəyə qaytarılmasına səbəb olub.

Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində sitrus bağlarının ümumi sahəsi 4120 hektara çatdırılıb. Sitrus meyvəçiliyinin daha səmərəli və məhsuldar inkişafını təmin etmək məqsədilə xarici ölkələrdən rayona yeni sort tinglər gətirilərək təsərrüfatlarda əkilib.

Rayonun perspektivli sahələrindən olan çayçılığın inkişafında əldə edilən nailiyyətlər də sevindiricidir. 345 hektar çay sahəsinin məhsuldar olan 197 hektarından ötən il 417 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilib.

İlboyu fəaliyyət göstərən “Astaraçay” fabrikində Yaponiya və Koreyadan gətirilən texnologiyalarla istehsal edilən yüksək keyfiyyətli, ekoloji təmiz Astara çayı Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə mükafata layiq görülüb, Dubayda keçirilən sərgidə nümayiş olunub. Bakıda və respublikanın digər bölgələrində müxtəlif satış nöqtələri var ki, orada Astarada istehsal olunan çay məhsulları satılır.

Son zamanlar rayonda kivi bitkisinə maraq xeyli artıb, ayrı-ayrı yaşayış məntəqələrində fərdi və fermer təsərrüfatlarında 126 hektarda kivi bitkisi əkilib.

Astarada ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 112 nəfər özünüməşğulluq layihəsinə cəlb edilib, 2020-ci ilin özünəməşğulluq layihəsində iştirak etmək üçün 400 nəfər müraciət edib.

Ötən ilin noyabr ayında İDEA İctimai Birliyinin təşəbbüsü ilə rayon ərazisində salınan sosial bağda iki hektar ərazidə 1250 ədəd feyxoa bitkisi əkilərək sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ötrü 1 nəfər şəhid ailəsi, 1 nəfər Qarabağ əlili və daha 1 nəfər aztəminatlı ailəyə təhkim olunub.

Rayonda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlara xüsusi həssaslıqla yanaşılır. Son illər növbə əsasında 27 nəfər şəhid ailəsi, 35 nəfər Qarabağ əlili, 7 nəfər Çernobıl əlili, 1 nəfər Əfqanıstan əlili üçün fərdi yaşayış evi ilə təmin olunub, 5 şəhid ailəsi və 5 Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.

Rayon gənclərinin ölkəmizdə keçirilən müxtəlif intellektual yarışlarda uğurla iştirak etməsi, yeniyetmə və gənclərin təkcə bu il beynəlxalq miqyaslı idman yarışlarında 29 medal qazanması sevindiricidir. Yeni təşkil olunmuş kişilərdən ibarət “Zirvə Astara” basketbol komandasının Azərbaycan çempionatında uğurlu çıxışı da diqqətçəkən məqamlardandır. Astara Olimpiya İdman Kompleksində, Ərçivan Boks Mərkəzində və digər idman obyektlərində hər gün yüzlərlə gənc idmanın müxtəlif növləri ilə məşğul olur.

Astara şəhərində dəniz kənarında yeni inşa edilən “Zirvə” idman və sağlamlıq mərkəzində beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək idmançıların hazırlıq məşqləri keçirməsi üçün ideal şərait yaradılıb.

Astara gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır. Bu yüksək inkişafı seyr etdikcə hər bir astaralı müstəqil, qüdrətli Azərbaycanımızın bugünkü yüksək inkişafından sevinir, qürur hissi keçirir. Ölkəmizdəki siyasi sabitlik, iqtisadi yüksəliş və xalqın öz Prezidentinə inamı, xalqla rəhbərin sıx birliyi bundan sonra da müstəqil dövlətimizi daha böyük inkişafa, xalqımızı firavanlığa qovuşduracaq.

Bağır Əliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasimi keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb