CƏMİYYƏT


Gündüz İsmayılov: Müsahibə mərhələsində dini ali və orta ixtisas təhsilli şəxslər iştirak edirlər

Bakı, 2 avqust, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyin edilməsi attestasiyası ilə bağlı təlimata uyğun olaraq, üç din xadiminin vəzifəsi müəyyənləşdirilib. İmam, imam müavini, dini ayinlərin icraçısı (müəzzin) vəzifələri müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.

Dövlət Komitəsinin sədr müavini bildirib ki, bunlar əsasən böyük məscidlər üçün nəzərdə tutulub. Xaricdə dini təhsil almış şəxslər İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması müsabiqəsində iştirak edirlər.

G.İsmayılov İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün dini ali və orta ixtisas təhsilli olan şəxslərin müraciət etdiklərini vurğulayıb.

Sədr müavini Azərbaycanda məscidlərdə vakant yerlər haqqında da məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.