CƏMİYYƏT


Gündüz İsmayılov: Ölkəmizdə din xadimlərinin attestasiyadan keçirilməsi üçün Attestasiya Komissiyası yaradılıb

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsində (DQİDK) “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu barədə fikirlərini bölüşüb.

Bildirib ki, Qanunla din xadimlərinin vəzifələri müəyyənləşdirilib. İmam, imam müavini, dini ayinlərin icraçısı (müəzzin) vəzifələri müəyyən olunub. Bunlar əsasən böyük məscidlər üçün nəzərdə tutulub. Xaricdə dini təhsil almış şəxslər İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması müsabiqəsində iştirak edə biləcəklər. İanələrin elektron qaydada qəbul edilməsi ilə bağlı qaydalar isə hazırda hazırlanmaqdadır.

G.İsmayılov Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) din xadimi kimi işləmək istəyənlər üçün tələblər barədə də danışıb. Bildirib ki, din xadimi olmaq istəyənlər narkoloji dispanserdən arayış təqdim etməlidirlər. Həmçinin qeyd edib ki, ölkəmizdə İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün dini ali və orta ixtisas təhsili olan şəxslər müraciət edə bilərlər. Sədr müavini Azərbaycanda məscidlərdə vakant yerlər haqqında da məlumat verib.

O, həmçinin vurğulayıb ki, ibadət yerlərində və ziyarətgahlarda fəaliyyət göstərən din xadimlərinin attestasiyadan keçirilməsi ilə bağlı Attestasiya Komissiyası yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.