CƏMİYYƏT


Günel Həsənova: Azərbaycan gəncliyi ictimai proseslərin bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir

Günel Həsənova: Azərbaycan gəncliyi ictimai proseslərin bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir

Bakı, 4 fevral, AZƏRTAC

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai proseslərin bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial, ictimaiyönümlü layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin ictimai fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilir.

Bunu AZƏRTAC-a məxsusi açıqlamasında “ABŞ Təhsilli Azərbaycan Məzunları” (AAA) İctimai Birliyinin sədri Günel Həsənova deyib.

Qeyd edib ki, İctimai Birliyinin əsas məqsədi də ölkəmizdə bir çox sahələrin inkişafına dəstək olmaq və vətəndaş cəmiyyətimizin fəal üzvlərinə çevrilməkdir. İllərdir birlik tərəfindən Azərbaycanın ucqar rayon və kəndlərində bir çox sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi dövlətin yerli icmalar ilə apardığı ictimai fəaliyyətə dəstəyin bir hissəsidir.

“Düşünürəm ki, “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi: 2017-2021-ci illərdə” Dövlət proqramları kimi əhəmiyyətli qərarlar gənclərin peşəkar istiqamətdə fəaliyyətinə verilən dəyərin ən ali nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ötən illər ərzində gənclərin cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə bir neçə əhəmiyyətli sərəncamın imzalanması da gənclərin gələcəkdə ictimai-siyasi, təhsil sahəsində aktiv fəaliyyətinə dəstəyin əsas göstəricisidir.

Biz də “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi olaraq mütəmadi şəkildə region gənclərinə xaricdə təhsil imkanlarını aşılamaqla bağlı silsilə tədbirlərin keçirilməsi, sosial-korporativ layihələrin reallaşdırılması üçün dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq, tələbələr üçün təcrübə imkanlarının yaradılması, qızların təhsilə cəlb olunması, müxtəlif məzun təşkilatları ilə məzunlarımız üçün maraq kəsb edən aktual layihələrin icrasını təşkil etmək əsas fəaliyyət istiqamətlərimizdir.

İctimai Birlik kimi son iki ildə “Azərbaycan Tələbələr və Məzunlar Platforması” ilə birlikdə çoxşaxəli fəaliyyətimiz sahəsində ölkədaxilində və xaricində qarşılıqlı sosial layihələr və görüşlər keçirilib. Düşünürəm ki, bütün təşkilatların qarşılıqlı əməkdaşlığı və birgə sağlam fəaliyyəti Azərbaycan gəncliyinin əsas informasiya sütunudur”, - deyə Günel Həsənova vurğulayıb.

Diqqətə çatdırıb ki, bu gün gənclər təşkilatları kimi əsas yanaşmamız gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.