SİYASƏT
Günel Səfərova: Azərbaycanın haqq səsini dünyaya çatdırmaq bizim borcumuzdur VİDEO
Berlin, 23 fevral, AZƏRTAC
Biz Xocalı soyqırımı barədə həqiqətləri növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün buraya toplaşmışıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Berlində keçirilən Ümumavropa Qarabağ mitinqinin iştirakçısı, Azərbaycan-Fransa Dialoq Assosiasiyasının prezidenti Günel Səfərova deyib. O deyib ki, Azərbaycan dövləti haqq səsimizi bütün dünyaya çatdırmaq üçün mühüm işlər görür. “Biz də bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik. Bu gün biz hamımız buraya toplaşmışıq ki, dünyadan Xocalıya ədalət tələb edək. Bu, bizim borcumuzdur”, - deyə mitinq iştirakçısı qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin