CƏMİYYƏT


Günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında yaradılmış günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin sentyabr ayından icrasına başlanan layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində 24 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron, Qəbələ, Neftçala, Göygöl, Saatlı, Samux, Hacıqabul, Qusar, Quba, Xaçmaz, Oğuz, Şəki, Göyçay, İsmayıllı, Daşkəsən, Biləsuvar, Cəlilabad, Bərdə, Ağstafa və Bakının Nizami rayonları) qurulan günərzi mərkəzlərdə 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası işləri aparılır.

Onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi üçün sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.