ELM VƏ TƏHSİL


Günəş panelinin istiqamətini təyin edən yeni metod işlənilib

Bakı, 22 fevral, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşovun “Günəş panelinin günlük optimal istiqamətinin təyini” mövzusunda məruzəsi dinlənilib.

Alim işləyib hazırladığı Günəş panelinin gündəlik optimal istiqamətini təyin edən yeni metodun riyazi modelini təqdim edib və onun hazırda Azərbaycan Respublikasında geniş tətbiq olunan “illik optimal” seçimlə müqayisədə ildə 7 faiz daha çox enerji istehsal etməyə imkan verdiyini diqqətə çatdırıb.

Modelin tətbiqi dağlıq bölgələrdə şəxsi həyətyanı sahələrdə, xüsusilə, turizm təsisatlarında avtonom şəkildə təmiz enerji təchizatında faydalı ola bilər.

Xatırladaq ki, R.Qardaşovun təklif etdiyi bu model 2019-cu ilin martında impakt faktoru 11.239 olan Q1 kateqoriyalı “Renewable & Sustainable Energy Reviews” jurnalında dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.