DÜNYA


Günəşi əvəz edən güzgü

Bakı, 6 yanvar, AZƏRTAC 

İtaliyada 200 sakini olan Viqanello kəndi böyük güzgü vasitəsilə işıqlandırılır.

AZƏRTAC billionnews.ru saytına istinadla xəbər verir ki, Alp dağları ilə əhatə olunan kənd dərədə yerləşdiyindən, buraya noyabrın ortalarından fevralın əvvəlinədək günəş şüaları düşmür.

Kənd sakinləri problemin həlli yolunu nəhəng güzgünün köməyilə günəş şüasını əks etdirməkdə görüblər. Artıq onlar hətta qış aylarında günəş işığı və istiliyindən həzz almağa başlayıblar.

Təqribən 40 kvadratmetr sahəsi olan güzgü kəndin 870 metr hündürlüyündə quraşdırılıb. Bundan əlavə, güzgü kompüterlə təchiz olunub ki, bu da günəşin hərəkət istiqamətini müəyyənləşdirmək imkanı yaradır. Layihənin dəyəri 100 min avrodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.