MƏDƏNİYYƏT


“Günəşi gözləyənlər” romanı ikinci dəfə nəşr olundu

Bakı, 10 iyun, AZƏRTAC

Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə “Köhlən” nəşriyyatında çap olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetindən bildirilib. Müəllif qeyd edib ki, “Köhlən” nəşriyyatı yeni yaradılıb və çağdaş Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planları çoxdur. “Nəşriyyatın rəhbəri Nizami Əlisoy “Günəşi gözləyənlər”i bir müddət əvvəl oxumuşdu. Romanı ikinci dəfə nəşr etməyi təklif etdi. Bu, mənim ilk romanımdır və yenidən oxuyanda ciddi redaktəyə ehtiyac hiss elədim. Kitab şənbə günündən etibarən bütün kitab mağazalarında olacaq”, - deyə yazıçı əlavə edib.

Kitabın redaktorları Əsəd Cahangir və Elnaz Eyvaz, korrektoru Gülər Uğur, mətn tərtibatçısı Yusif Əsgərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.