DÜNYA


“Guns n' Roses” rok qrupunun növbəti konsertinin tarixi bəlli olub

Bakı, 6 avqust, AZƏRTAC

Amerikanın məşhur “Guns n' Roses” rok qrupu COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınmış qastrol səfərlərinin tarixini dəyişərək növbəti konsertinin İspaniyanın Seviyya şəhərində keçirəcəyinə qərar verib.

AZƏRTAC elmundo.es saytına istinadən xəbər verir ki, konsert 2021-ci il iyunun 5-də reallaşacaq.

Məlumatda qeyd olunub ki, qrupun Avropa turu çərçivəsində “Benito Villamarin” stadionunda keçirmək istədiyi konsert əvvəlcə bu ilin may ayının 23-nə təyin olunmuşdu.

Avropa turunun promoutoru “Live Nation” özünün sosial şəbəkələrindəki hesabında bildirib ki, tarixlər dəyişildiyi üçün qrupun çıxışı növbəti ilin iyun ayında Lissabon, London və ya Münhen kimi şəhərlərə də təyin olunub.

Qeyd edək ki, Seviyyada təxirə salınmış konsert üçün alınan biletləri tamaşaçılar qrupun növbəti çıxışı zamanı istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.