DÜNYA


“Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının tərəfdarları ölkədə genişmiqyaslı aksiyalara başlayır

Tbilisi, 9 noyabr, AZƏRTAC

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının üzvləri və tərəfdarları “Mən azadlığı müdafiə edirəm” hərəkatının təşkilatçılığı ilə noyabrın 11-dən ölkədə genişmiqyaslı aksiyalara başlayacaq.

AZƏRTAC xəbər verir ki, aksiya prezident seçkilərinin ikinci turunadək ölkənin bütün böyük şəhərlərində keçiriləcək.

İlk aksiyanın noyabrın 11-də saat 17:00-da Tbilisidəki Respublika meydanında keçirilməsi planlaşdırılıb.

Tbilisi sakrebulunun deputatı, “Mən azadlığı müdafiə edirəm” hərəkatının üzvü Vato Şakarişvili jurnalistlərə bildirib ki, aksiyanın əsas məqsədi əhalini “Vahid Milli Hərəkat” partiyasının hakimiyyətə gəlişinə etiraz etməyə səsləməkdir.

Regionlarda ilk tədbir noyabrın 11-də Telavi şəhərində reallaşacaq. Sonra isə Batumi, Kutaisi, Rustavi və digər şəhərləri əhatə edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.