ELM VƏ TƏHSİL


Gürcü dilindəki “Vikipediya”da Azərbaycan haqqında yeni məqalələr yaradılacaq

Bakı, 9 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü və Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə “Vikipediya” təlimlərinə start veriləcək.

MEK-dən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd gənclərə gürcü və Azərbaycan dillərindəki “Vikipediya”larda mövcud olan boşluqların aradan qaldırılması, məlumatların zənginləşdirilməsi qaydalarının öyrətməkdir. Xüsusilə gürcü dilindəki “Vikipediya”da “İnkişaf və Təhsil Mərkəzi”nin könüllüləri tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında yeni məqalələr yaradılacaq və redaktə olunacaq.

Təlimləri Vikimedia fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.