DÜNYA


Gürcü ekspert: “Gürcüstanda koronavirusla bağlı acınacaqlı vəziyyət yaranıb”

Tbilisi, 28 oktyabr, AZƏRTAC

“Gürcüstanda koronavirusla bağlı acınacaqlı vəziyyət yaranıb. Yaxın günlərdə səhiyyə sistemində ciddi problemlər yaşanacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri tibb üzrə tanınmış ekspert, professor Giorgi Pxakadze özünün feysbuk səhifəsində yazıb.

O, ölkədəki epidemioloji vəziyyətə münasibət bildirib və genişmiqyaslı mitinqlərə görə hakim partiyanı və müxalifəti kəskin tənqid edib.

Professor deyib: “Tbilisidəki mitinqdə gördüklərim koronavirusla bağlı vəziyyətin kulminasiya nöqtəsi idi. İki həftədən sonra bu ölkədə nə baş verəcəyini artıq görürəm. Ölkədə xəstəxanalarda yer yoxdur. İnsanlar oksigen çatışmazlığından öləcəklər. Bu bütün region üçün ciddi fəlakətə səbəb olacaq”.

Qeyd edək ki, Gürcüstanda ötən sutkada daha 4009 nəfər koronavirusa yoluxub, 45 pasiyent həyatını itirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.