SİYASƏT


Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir

Tbilisi, 18 iyun, AZƏRTAC

Rəcəb Tayyib Ərdoğanın azərbaycanlılar üçün önəmli şəhər olan Şuşaya səfəri xarici ölkənin dövlət başçısı kimi, Türkiyə Prezidentinin Qarabağa ilk səfəri kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili deyib.

Politoloq bildirib ki, Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq.

“Ərdoğanın Şuşa səfəri regionda İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqların göstəricisidir. Ankara müharibə zamanı olduğu kimi, bu gün də əsas müttəfiqi olan Azərbaycanı dəstəkləməkdə davam edir”, - deyə Zurab Batiaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.