CƏMİYYƏT


Gürcü mütəxəssis: “Azərbaycanı qəhvəyi mərmər taxtabitisi ilə bağlı ciddi problem gözləmir”

Tbilisi, 14 mart, AZƏRTAC

“Gürcüstan əsasən taxıl bitkilərini məhv edən çəyirtkəyə və digər ziyanvericilərə qarşı mübarizədə Azərbaycanla sıx əməkdaşlıq edir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Ərzaq Agentliyinin rəisinin müavini Zurab Lipartie söyləyib.

O deyib ki, Gürcüstan ilə Azərbaycanın çəyirtkəyə qarşı mübarizədə birgə əməkdaşlığı hər iki tərəf üçün çox faydalı olub. Bu əməkdaşlıq gələcəkdə də davam edəcək.

Rəis müavininin sözlərinə görə, Azərbaycanda qəhvəyi mərmər taxtabitisi ilə bağlı hələlik elə bir narahatçılıq yoxdur. Amma buna baxmayaraq Azərbaycan bu təhlükəni gözləyir və qabaqlayıcı tədbirlər görür, dünya ölkələrinin və Gürcüstanın təcrübəsini öyrənir. Biz qəhvəyi mərmər taxtabitisinə qarşı mübarizədə də birgə əməkdaşlıq etmək niyyətindəyik.

“Bizə məlumdur ki, Azərbaycan qəhvəyi mərmər taxtabitisinə və digər parazitlərə qarşı mübarizəyə dair proqram hazırlayır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanı bu sahədə elə də ciddi problem gözləmir”, – deyə, Zurab Lipartie vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.