İQTİSADİYYAT
Gürcü nazir: Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
Tbilisi, 15 iyun, AZƏRTAC
Gürcüstanın Rusiyadan enerji asılılığı təhlükəsi yoxdur. Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava söyləyib.
Onun sözlərinə görə, Gürcüstanda yalnız özəl sektorun bir hissəsi Rusiyadan qaz ala bilər.
“Bizim strateji istehlakçılarımız olan əhali və elektrik enerjisi istehsalçıları tam olaraq Azərbaycan qazı ilə təmin olunur” – deyə N.Turnava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:00]
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
- 25.04.2024 [19:38]
® “Bakcell” ilə innovasiya dövrü başlayır!
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]