DÜNYA


Gürcü nazir: Hazırda xəstəxanalarda 640 nəfər qripdən müalicə olunur

Tbilisi, 9 yanvar, AZƏRTAC

Hazırda Gürcüstan xəstəxanalarında 640 nəfər qrip virusundan müalicə olunur. Onlardan 39-u reanimasiya şöbəsindədir.

AZƏRTAC xəbər verir ki, bu məlumatı jurnalistlərə Gürcüstanın səhiyyə naziri David Sergeyenko verib. Onun sözlərinə görə, müalicə olunanların 45 faizi virusa yoluxmanın ilkin mərhələsində həkimə müraciət edib. “Son iki gün - yanvarın 7-si və 8-i ilə müqayisədə bu gün xəstəxanalara müraciət edənlərin sayında 100 nəfər azalma var. Bu da xəstəliyin vaxtında və düzgün müalicəsinə, eləcə də virusun yayılmasının qarşısının alınmasına imkan yaradır”, - deyə nazir vurğulayıb.

D.Sergeyenko deyib ki, qripin epidemiya halı alması təhlükəsi yoxdur və vəziyyət tədricən normallaşır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.