Gürcü politoloq: Xalqın birliyi Azərbaycanın Vətən müharibəsində Qələbəsini təmin etdi
AzerTAg.az

Tbilisi, 26 noyabr, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsində Qələbəsini şərtləndirən bir neçə vacib amil var. Onlardan biri bütün xalqın konsolidasiyasıdır. Xalqın birliyi Azərbaycanın Vətən müharibəsində Qələbəsini təmin edən əsas amillərdən biridir. Digəri isə Azərbaycan dövlətinin xarici diplomatiyası, güclü lobbi yaratmasıdır. Azərbaycan dövlətinin başçısı bunları etdi və bununla da Vətən müharibəsində Qələbə təmin olundu.
AZƏRTAC xəbər verir ki, bunu gürcü politoloq Malxaz Qulişvili söyləyib.
Onun sözlərinə görə, Azərbaycan güclü beynəlxalq lobbi yarada bildi. Azərbaycan xarici münasibətlər baxımından kifayət qədər ciddi sıçrayışa nail olaraq ərazi bütövlüyünü bərpa etdi.
Ekspert deyib ki, Gürcüstan da ərazi bütövlüyünü bərpa etmək istəyirsə, Azərbaycanın yolunu keçməlidir.
“Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün isə Gürcüstanın güclü mövqeyi olmalıdır və prosesə beynəlxalq oyunçular da cəlb edilməlidir”, – deyə M.Qulişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var