MƏDƏNİYYƏT
Gürcü rejissorun filmi “YARAT” da nümayiş etdiriləcək
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində Gürcüstan istehsalı olan rejissor Soso Bliadzenin ekranlaşdırdığı “Üç addım” filmi nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, xronometrajı 17 dəqiqə olan ekran əsəri gürcü dilində ingilis subtitrləri ilə təqdim olunacaq.
Filmin qəhrəmanı 13 yaşlı Mariam, şəhərin kənarında, atılmış köşkdə səfil atası ilə yaşayır. Güc-bəla ilə dolanan qəhrəmanlar, bazarda köhnə-kürüş şeylər satırlar və oğurluqdan da çəkinmirlər.
Film “Sodrujestvo” Gənc Kinematoqrafçılarının Beynəlxalq Məktəbinin bütün münsiflər (sənətkarlar və tənqidçilər) heyəti tərəfindən "Ən yaxşı film" kimi qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:58]
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb
- 29.03.2024 [18:02]
Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib
- 29.03.2024 [16:03]
Kukla Teatrında növbəti xeyriyyə aksiyası
- 29.03.2024 [15:26]
Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub
- 29.03.2024 [15:02]
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 29.03.2024 [14:41]