SİYASƏT


Gürcü saytı: “Prezident İlham Əliyev: nə oldu Paşinyan? Statusun nə oldu?”

Tbilisi, 10 noyabr, AZƏRTAC

Gürcüstanın böyük oxucu kütləsinə malik “interpressnews.ge” informasiya agentliyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi fikirlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinə istinadən yayılan xəbərlərdə Ağdamın, Kəlbəcərin və Laçın rayonlarının dekabrın 1-dək qaytarılması, bölgəyə Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi əksini tapıb.

Ən çox oxunan isə “Prezident İlham Əliyev: Nə oldu Paşinyan? Qarabağla bağlı statusun nə oldu? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq” sərlövhəli məqalə olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi -

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.