DÜNYA


Gürcüstan 2019-cu ildə elektrik enerjisi idxalını iki dəfə artıracaq

Tbilisi, 1 yanvar, AZƏRTAC

Gürcüstan ın 2019-cu ildə elektrik enerjisi idxalını iki dəfə artıracağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Gürcüstan 1,4 milyon kilovat/saat elektrik enerjisi idxal edib. 2019-cu ildə isə qonşu ölkə 2,8 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal etmək niyyətindədir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin 2019-cu il üçün proqnozlarında bildirilir ki, 2019-cu ildə idxalın maksimal həddi mart ayında olacaq - 407,9 milyon kilovat/saat.

Nazirliyin proqnozlarına əsasən, 2019-cu ildə Gürcüstanın 14832,1 milyon kilovat/saat həcmində elektrik enerjisi istehlak edəcəyi, 696,5 milyon kilovat/saat həcmində isə elektrik enerjisi ixrac edəcəyi nəzərdə tutulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.