Gürcüstan 2022-2023-cü illərdə təxminən 2 milyon ton Qazaxıstan neft məhsullarının nəqlini planlaşdırıb
AzerTAg.az

Tbilisi, 31 mart, AZƏRTAC
Gürcüstan 2022-2023-cü illərdə Batumi neft terminalı vasitəsilə təxminən 2 milyon ton Qazaxıstan nefti və neft məhsullarının nəqlini planlaşdırıb. Bunun üçün Qazaxıstanla fəal danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili məlumat verib.
Nazir müavini qeyd edib ki, “Gürcüstan Dəmir Yolları” SC də “orta dəhliz”ə quru yüklərin cəlb olunması üzrə fəal iş aparır.
Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında beynəlxalq dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin həcmi 1,8 milyon ton təşkil edib ki, bu da illik müqayisədə 10,7 faiz çoxdur. Hesabat dövründə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan (Qardabani-Axalkalaki və geri) TEU tipli konteynerlərin sayı 4074 ədəd təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 78,2 faiz çoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var