DÜNYA


Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir

Tbilisi, 18 avqust, AZƏRTAC

Gürcüstan ABŞ ilə hərbi sahədə əməkdaşlığı genişləndirir. Yaxın günlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair üçillik müqavilə imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Gürcüstanın Müdafiə naziri Levan İzoria ABŞ-ın ölkəyə yeni təyin olunmuş hərbi attaşesi Stefani Beqli ilə görüşündən sonra açıqlayıb.

Nazirin sözlərinə görə, ABŞ regionda Gürcüstan ilə əməkdaşlığa böyük önəm verir. Görüşdə bu məsələ ciddi müzakirə olunub və yaxın günlərdə iki ölkə arasında hərbi əməkdaşlığa dair üçillik əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.