CƏMİYYƏT


Gürcüstan-Azərbaycan əməkdaşlığı hüquqi sahədə də uğurla inkişaf edir

Gürcüstan-Azərbaycan əməkdaşlığı hüquqi sahədə də uğurla inkişaf edir

Tbilisi, 1 dekabr, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq və yaxın qonşuluq münasibətlərinə əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Fikrət Məmmədovun Gürcüstana bu səfərini və görüşü ölkələrimiz arasında olan xoş qonşuluq əlaqələrinin davamı kimi qiymətləndirmək olar.

“Biz bu ilin martında, Bakıda ədliyyə nazirlikləri arasında münasibətlərin gücləndirilməsinə xidmət edən memorandum imzalamışıq. Bu gün sənədin əyani şəkildə həyata keçirilməsinə başladıq və düşünürük ki, hüquq sahəsində olan bir çox şəxslərin iştirakı ilə birgə forumlar təşkil edəcəyik. Bu bizə Gürcüstan və Azərbaycan arasında ədliyyə orqanları arasında əlaqələrin daha da inkişafına imkan yaradacaq”, – deyə R.Breqadze vurğulayıb.

Nazir deyib ki, iki ölkə arasında hüquqi yardım üzrə bağlanmış müqavilə və ədliyyənin müxtəlif sahələri üzrə imzalanmış ikitərəfli sənədlər əsasında səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.