SİYASƏT


Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri vitse-spiker vəzifəsindən istefa verib

Tbilisi, 19 noyabr, AZƏRTAC

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının rəhbərlik etdiyi parlament çoxluğundan istefa verdikdən sonra vitse-spiker vəzifəsindən də imtina edib.

AZƏRTAC xəbər verir ki, Z.Dzidziqurinin vitse-spiker vəzifəsindən istefası ilə bağlı müraciəti artıq parlamentin bürosuna təqdim olunub.

Z.Dzdidziquri ilə yanaşı, digər sədr müavini Tamar Çuqoşvili, parlamentin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava, Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi və Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava da tutduqları vəzifələrdən rəsmən istefa veriblər.

Hazırda parlamentdə boş qalan vəzifələrə təyinatlarla bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğundan 12 deputat istefa verib. Buna səbəb noyabrın 14-də proporsional seçki sisteminə keçid barədə qanunun qəbul edilməməsi olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.