İQTİSADİYYAT
Gürcüstan Azərbaycandan neft bitumu idxalını 1,8 min ton artırıb
Tbilisi, 7 noyabr, AZƏRTAC
Gürcüstan oktyabr ayında Azərbaycandan idxal etdiyi neft bitumunun həcmini 1,8 min artıraraq 3,7 min tona çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.
Hesabat dövründə Gürcüstanın ümumi neft bitumu idxalında Azərbaycanın payı 18,7 faiz təşkil edib. Oktyabr ayında Gürcüstan ümumilikdə 19,8 min ton neft bitumu tədarük edib ki, bu da aylıq müqayisədə 0,2 min ton azdır. Gürcüstan neft bitumunun 10,7 min tonunu və ya 54 faizini İrandan alıb.
Ötən ay Gürcüstan İraqdan 5,2 min ton, Türkiyədən 0,1 min ton neft bitumu idxal edib.
Cari ilin yanvar-oktyabr aylarında isə Gürcüstan 150,3 min ton neft bitumu alıb. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 87,6 faiz çoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]