Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin sədri Novruz Bayramovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizə bütün dünya azərbaycanlıları kimi Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyi də sevinir və bunu ürəkdən alqışlayır.

Hörmətli İlham Heydər oğlu, Siz bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını davam etdirərək beynəlxalq aləmdə doğma Vətəninizə şöhrət, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq gətirdiniz. Sizin seçkilərdəki inamlı qələbəniz buna bir daha əyani sübutdur. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi qətiyyətli lideri var.

Biz əminik ki, Siz dünyada və ölkənizdə sülhün və əmin-amanlığın bərqərar olması üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Cənab Prezident, bu parlaq qələbə münasibətilə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

 

Novruz Bayramov

Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin