İDMAN


Gürcüstan Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 13 cüdoçu ilə təmsil olunacaq

Bakı, 23 aprel, AZƏRTAC

Cüdo üzrə Gürcüstan yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, yarışda qonşu ölkədən 11 kişi və 2 qadın cüdoçu mübarizə aparacaq.

Gürcüstan yığmasının heyətində bu il keçirilmiş “Böyük dəbilqə” və Qran-Pri yarışlarının mükafatçıları da yer alıblar.

İndiyədək 63 ölkədən 560-dan çox idmançı Bakı turnirinə qatılacağını təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.