DÜNYA


Gürcüstan “Boeing 737-8 MAX” təyyarələrinin ölkənin hava məkanında uçuşunu müvəqqəti dayandırıb

Tbilisi, 13 mart, AZƏRTAC

Gürcüstan hökumətinin qərarı ilə “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” tipli təyyarələrin bu ölkənin hava məkanında uçuşu müvəqqəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu qərar sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub. Qərar mart ayının 13-dən etibarən qüvvəyə minib. Bildirilib ki, “Boeing 737 Max” tipli təyyarə Gürcüstanın mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməyib. Bu baxımdan müvəqqəti məhdudiyyət hava nəqliyyatına əhəmiyyətli təsir göstərməyəcək.

Məlumat üçün qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Aİ ərazisində “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.