DÜNYA


Gürcüstan Həmkarlar İttifaqları Birliyi ölkədə genişmiqyaslı aksiya keçirəcək

Tbilisi, 24 aprel, AZƏRTAC

Gürcüstan Həmkarlar İttifaqları Birliyi (HİB) mayın 1-də paytaxt Tbilisidə genişmiqyaslı mitinq keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata təşkilatın rəhbəri İrakli Petriaşvili məlumat verib.

Onun sözlərinə görə, aksiya mayın 1-də Gürcüstan hökumət binası önündə keçiriləcək.

Aksiyanın məqsədi hökumətin diqqətini ölkədəki işsizlik və fəhlələrin əmək problemlərinə cəlb etməkdir.

İ.Petriaşvili deyib ki, hazırda işəgötürənlərin xəsisliyi və məsuliyyətsizliyi səbəbindən ölkədə əmək təhlükəsizliyi qaydaları kobud şəkildə pozulur, insanlar təhlükəsiz kəmərləri, xüsusi şlem və digər təhlükəsizlik formaları olmadan ağır şəraitdə çalışırlar.

İşsizlik ölkədə ən böyük problemdir və işə götürənlər bundan sui-istifadə edirlər.

Birlik sədrinin sözlərinə görə, 2018-ci ildən fəaliyyətini bərpa edən Gürcüstan Əmək Müfəttişliyi Birləşmiş HİB-in fəaliyyətini qeyri-qənaətbəxş hesab edir.

“Odur ki, Həmkarlar ittifaqları aksiya və digər tədbirlər keçirməklə, diqqəti problemlərə cəlb etməklə onların həllinə nail olmaq istəyir”,- deyə İ.Petriaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilis

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.