MƏDƏNİYYƏT


Gürcüstan İncəsənət Muzeyində Azərbaycan mədəni irsini əks etdirən əşyaların sərgisi keçirilmişdir

Tbilisi, 10 dekabr (AZƏRTAC). Dekabrın 9-da Gürcüstan İncəsənət Muzeyində Azərbaycan xalçalarının və mədəni irsini əks etdirən əşyaların sərgisi açılmışdır.

Sərginin təşəbbüsçüsü Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva sərginin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin ad günləri, Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təşkil olunduğunu, burada Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində toxunmuş qədim xalçaların, həmçinin xalqımızın mədəni irsini əks etdirən əşyaların nümayiş etdirildiyini bildirmişdir. O demişdir ki, muzey xalqımızın qədim mədəni irsinin dost Gürcüstanda təbliğinə önəm verir, tez-tez sərgilər, görüşlər təşkil edir. L.Əliyeva Azərbaycan rəhbərliyinə xaricdə yaşayan soydaşlara qayğı və diqqətə görə minnətdarlığını bildirmişdir.

“Azərbaycan-Gürcüstan Dostluq Evi” İttifaqının rəhbəri, Gürcüstan Prezidentinin anası Kiuli Alasania, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak etmişlər.

İslam Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.