SİYASƏT
Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Ağdamın azad olunması ilə bağlı xalqa müraciətini geniş işıqlandırıb
Tbilisi, 20 noyabr, AZƏRTAC
Gürcüstanın aparıcı report.ge, 24news.ge, dalgatv.ge, aktual.ge və digər informasiya portalları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin noyabrın 20-də xalqa müraciətini yayıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin müraciətində səsləndirdiyi əsas fikirlər oxucuların diqqətinə çatdırılıb.
Bundan başqa, informasiya portalları işğaldan azad olunmuş Ağdam rayonu ərazisinə Azərbaycan Ordusunun bölmələrinin daxil olması ilə bağlı materiallar da yayıblar.
Xəbərlər oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi