SİYASƏT


Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Anım Günü ilə bağlı xalqa müraciətinə geniş yer verib

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Gürcüstanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə bağlı xalqa müraciətinə geniş yer verib.

AZƏRTAC xəbər verir ki, “gaxa.ge”, “report.ge”, “24news.ge”, “interpress.ge”, “aktual.ge” informasiya portallarında Azərbaycan Prezidentinin xalqa müraciəti, eləcə də bu müraciətdən hazırlanmış xəbərlər yayıblar.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan xəbərlərdə Prezident, Müzəffər Ali Baş Komandanın fikirləri, 44 günlük Vətən müharibəsinin uğurlu nəticələri barədə fikirləri yer alıb.

Gürcüstan KİV-ləri bununla yanaşı, öz oxucularına 27 sentyabr - Anım Günü ilə əlaqədar bir sıra başqa maraqlı xəbərlər də çatdırıblar.

Bəzi Gürcüstan televiziyalarında da Anım Günü ilə əlaqədar qısa xəbərlər verilib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.