SİYASƏT


Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Kəlbəcər və Laçına səfərini geniş işıqlandırıb

Tbilisi, 27 iyun, AZƏRTAC

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri, burada iştirak etdiyi tədbirlər və söylədiyi fikirləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, gaxa.ge, interpress.ge, interpressnews.ge, 24news.ge və aktual.ge portallarında Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin maraqlı fikirləri yer alıb.

Materiallarda Kəlbəcər-Laçın yolunun tikintisi, azad olunmuş bütün şəhərlərdə İşğal və Zəfər muzeylərinin inşa edilməsi, təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layihələrinin uğurla icra edilməsinə dair fikirlər əksini tapıb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.