SİYASƏT


Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin litvalı həmkarı ilə görüşdə səsləndirdiyi fikirlərə geniş yer verib

Tbilisi, 19 may, AZƏRTAC

Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycanın Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında söylədiyi fikirləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, kavkasia.net, gaxa.ge, aktual.ge, interpress.ge və 24news.ge informasiya portallarında bir sıra materiallar dərc olunub.

Azərbaycan, ingilis və gürcü dillərində oxuculara təqdim olunan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın hər zaman öhdəliklərə sadiq olması və eyni məsuliyyəti Ermənistan tərəfindən də görmək istəməsi, Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəməsi, eləcə də Litva ilə əməkdaşlığın perspektivləri barədə fikirləri oxuculara təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.