SİYASƏT


Gürcüstan KİV-ləri: Azərbaycanın daha bir neçə yaşayış məskəni erməni işğalından azad olundu

Tbilisi, 14 oktyabr, AZƏRTAC

“Azərbaycanın daha bir neçə yaşayış məskəni erməni işğalından azad olundu”. “Rəşadətli Azərbaycan Ordusu torpaqların işğaldan azad olunması əməliyyatlarını davam etdirir”.

AZƏRTAC xəbər verir ki, bu başlıqlı xəbərlərə Gürcüstanın bir sıra nüfuzlu informasiya agentliklərinin 14 oktyabr buraxılışlarında daha çox rast gəlinir.

Gürcüstanın nüfuzlu report.ge, nterpressnews.ge, pia.ge, aktual.ge, 24news.ge, putnik-georgia.ru və daha bir neçə informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı xəbərini Azərbaycan, rus, ingilis və gürcü dillərində oxuculara çatdırıblar.

Bundan başqa, Azərbaycan Prezidentinin son iki həftə ərzində Ermənistanın 200-dən çox tankının məhv edilməsi, 33 tank qənimət götürüldüyü, regional enerji layihələri – neft və qaz boru kəmərləri ilə bağlı Ermənistan rəhbərliyinə xəbərdarlığı, Gürcüstanda 300 mindən çox azərbaycanlının və 200 minə yaxın erməninin, eləcə də digər milli azlıqların sülh şəraitində yaşaması və müharibə başa çatdıqdan sonra Azərbaycanda da ermənilərin azərbaycanlılarla sülh şəraitində yaşaya biləcəklərinin mümkünlüyü barədə fikirləri xüsusi vurğulanır.

Eyni zamanda, Azərbaycan Prezidentinin müharibə başa çatdıqdan sonra təkcə region deyil, bütün dünyanın dəyişəcəyi barədə açıqlaması da ən çox diqqət çəkən məlumatlardan biridir.

Daha bir diqqət çəkən məlumat isə Azərbaycan Prezidentinin Ermənistanın baş naziri ilə bağlı söylədiyi fikirlərdi: “Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil. Bir qəzetin müxbiri idi və küçədən gəlib rəhbər oldu və nə etdi bundan sonra? Ermənistanı fəlakətə apardı”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.