SİYASƏT


Gürcüstan KİV-lərində Füzuli Beynəlxalq Hava Limanının açılışı barədə materiallar yerləşdirilib

Tbilisi, 27 oktyabr, AZƏRTAC

Gürcüstanın aparıcı televiziya və radio kanalları, informasiya portalları Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindən materiallar yayıblar.

AZƏRTAC xəbər verir ki, 1tv.ge televiziyası, AGFM radiosu, 24news.ge, interpress.ge, aktual.ge informasiya portallarında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimdəki iştirakı barədə silsilə materiallar verilib.

Oxuculara Azərbaycan və gürcü dillərində təqdim olunan materiallarda Azərbaycan və Türkiyə prezidentlərinə Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarının təqdim olunması barədə məlumatlar yer alır.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlqoyma mərasimindəki iştirakları barədə materiallar da yerləşdirilib.

 

Xətai Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.