İDMAN


Gürcüstan Karate Federasiyasının prezidenti: Azərbaycan karatenin inkişafına görə nəinki regionda, dünyada liderdir

Bakı, 21 yanvar, AZƏRTAC 

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpaçay Open” beynəlxalq karate turniri yüksək səviyyədə keçdi. Azərbaycan karatenin inkişafına görə nəinki regionda, dünyada liderdir. Rafael Ağayev və digər adlı-sanlı idmançıların vətənində yarışda iştirak etmək karateçilərimiz üçün böyük stimuldur. İdmançılarımızın inkişafında bu cür turnirlərin böyük əhəmiyyəti var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia “Arpaçay Open” beynəlxalq turnirin yekunları ilə bağlı müsahibəsində deyib.

Federasiya rəsmisi Gürcüstan karateçilərinin yarışda uğurla çıxış edərək 3 qızıl, 4 gümüş və 3 bürünc medal qazandıqlarını bildirib. Bundan sonra ölkəmizdə keçiriləcək karate yarışlarında məmnuniyyətlə iştirak edəcəklərini bildirən federasiya prezidenti qeyd edib ki, bu il karate üzrə “Baku Open”də Gürcüstan komandasının da iştirakı nəzərdə tutulub.

“Azərbaycanda uzun müddət idi ki, olmamışdım. Buraya gəlməyimə çox şadam. Ölkəniz çox inkişaf edib və Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib”, - deyə Kaxa Basilia əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.